21 C
Baku
Tuesday, October 8, 2024

Neftin qiyməti yenidən $40 üzərinə yüksəlir

Xam neftin qiyməti birjalarda ABŞ seçkiləri ərəfəsi və eləcə də OPEC+ alyansının hasilatın artırılması planının gecikməsi xəbəri ilə neftin qiyməti 40$/bbl səviyyəsini ötüb.

Brent markalı xam neft 2021-ci ilin yanvar fyuçersləri üzrə qiyməti  40.59$/bbl səviyyəsinə yüksəlib ki, bu da sessiya ərzində $0.88 və ya 2.31% bahalaşma deməkdir. Banker.az bunu Bakı vaxtı ilə 09:30 radələrinə olan göstəricilərə istinad edir.

Amerikanın WTI nefti dekabr fyuçerslərində 38.53$/bbl. səviyyəsinə yüksəlib, bu sessiya ərzində $0.87 və ya 2.31% qiymət artımı deməkdir.

“Energy Intelligence”, Rusiya neft sənayesindəki mənbələrə istinadən, Rusiya neftçiləri OPEC Plus neft hasilatını azaltmaq təşəbbüsünün uzadılmasına dəstək verə biləcəyini bildirdi.

Belə ki, açıqlamada əlverişsiz bazar şərtlərinin davam etməsilə, şirkətlər gələn il də mövcud istehsal məhdudlaşmalarına riayət etməyə davam edə bilərlər. Digər tərəfdən, neft hasilatında əlavə ixtisarlara da getməyəcəkləri gözlənilir. Bu barədə İnvestAZ da qeyd edir.

Lakin eyni məsələ ilə əlaqədar Rusiya neft şirkətlərinin nümayəndələri ilə görüşən Rusiyanın Enerji naziri Aleksandr Novak, bazar ertəsi heç bir rəsmi açıqlama verməyib.

Son xəbərlər
Digər xəbərlər