Çində bir sıra iqtisadi göstəricilərinin zəifləməsi xəbərləri ardından neftin qiyməti bir qədər də bahalaşıb.
Banker.az xəbər verir ki, Brent markalı xam neftin London birjasında bir barreli $86.71 səviyyəsinə qədər bahalaşıb. Sonrakı dəqiqələrdə $86.08-ə qədər eniş etdi.
WTI neftinin qiyməti Nyu-York birjasında 27 sent, yaxud 0.32% bahalaşmaqla $84.09-a yüksəlib.
Dünyanın ikini nəhəng iqtisadiyyatı – Çində pərakəndə ticarət dövriyyəsi illik müqayisədə 1.7% artıb, halbu ki, gözləntilər 3.7% olacağı gözlənilirdi. Bu da bir çox investorları hazırda düşündürən bir göstəricidir. Lakin əsas önəmli hadisə isə ölkə iqtisadiyyatının illik müqayisədə 2021-ci ildə 4% artıb. ÜDM üzrə 3.8% böyümə gözənilirdi.
Neftin qiymətində əsas təsiredici amil hələ də hasilat məsələsidir. Belə ki, Qazaxıstan və Liviyada baş verən hadisələr aktual olaraq qalır.