23 C
Baku
Wednesday, September 10, 2025

Neftin qiyməti yenidən bahalaşıb

OPEC+ ölkələrinin gözləniləndən az hasilat artımı qərarı və Rusiyaya qarşı mümkün yeni sanksiyaların təchizatla bağlı narahatlıqları gücləndirməsi xam nefti qiymətlərini bu gün (9 sentyabr) bahalaşdırıb.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Brent markalı neft 0,53% bahalaşaraq bir bareli 66,37 dollar, WTI isə 0,51% artaraq 62,58 dollar olub.

OPEC+ oktyabrda hasilatı cəmi günlük 137 min barel artıracaq. Bu, avqust-sentyabrdakı 555 min barel və iyun-iyuldakı 411 min barellik artımlardan xeyli aşağıdır.

Analitiklərin fikrincə, sürətli hasilat bərpası fonunda bazarda yenidən artıqlıq riski qalır.

Qiymətlər həmçinin Rusiyaya qarşı əlavə sanksiyalar ehtimalı ilə dəstəklənir. ABŞ Prezidenti Donald Tramp ikinci mərhələ məhdudiyyətlərə hazır olduğunu bildirib.

Yeni sanksiyalar Rusiyanın qlobal bazara neft ixracını azalda bilər.

FED-in gələn həftə keçiriləcək iclasında faizlərin azaldılması gözlənilir ki, bu da iqtisadiyyata və neft tələbinə dəstək ola bilər.

Son xəbərlər
Digər xəbərlər