Dünya yüksək neft qiymətləri və COVID-19 virusuna yeni yoluxmalar səbəbindən treyderlər üçün tələbin növbəti günlərdə azalacağı ehtimalını yaradıb. Beləliklə, xam neftin qiyməti həftənin ilk iş gününə ucuzlaşmaqla son 10 günün minimumuna yaxınlaşıb.
Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 17:00 radələrinə Brentin bir barrelinin qiyməti 96 sent, yaxud 1.2% düşməklə $81.21-ə, ABŞ-ın WTI (West Texas Intermediate) neftinin bir barreli isə 73 sent, yaxud 0.9% ucuzlaşmaqla $80.06 səviyyəsinə düşüb.
Qeyd edək ki, neftin qiyməti noyabrın 4-də OPEC+ Nazirlər Kabinetinin son iclasında hasilatın plan üzrə qərarı verdikdən sonra yüksələrək barreli 86 dollara qədər bahalaşmışdı.
Hazırda isə durum fərqlidir. ABŞ-da inflyasiya səbəbindən FED-in faiz dərəcələrini yüksəltməsi ehtimalı ABŞ valyutasını bahalaşdırması və dünyada koronavirusa yoluxmaların artması neftin qiymətində əlavə təzyiq yaratmaqdadır.
ABŞ-ın Strateji Neft Ehtiyatından satış edə biləcəyi xəbəri də neftin qiymətləri üçün əlavə təhdiddir.
ABŞ-da Senatda çoxluq lideri Charles Schumer, Prezident Joe Biden-dən, benzin qiymətlərinin düşməsinə kömək etmək üçün, ölkənin təcili maye yanacaq ehtiyatlarını istifadəyə açmasını istəyib.