10 C
Baku
Wednesday, December 11, 2024

Neftin qiyməti yenidən ucuzlaşmağa başladı

Beynəlxalq Valyuta Fondunun qlobal inkişafla bağlı proqnozu ardından neftin qiyməti son iki gündə 3 faiz bahalaşsa da koronavirus infeksiyasının yeni dalğalarının yayılması xəbərinin ardından yenidən ucuzlaşmağa üz tutub.

Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 08:16 radələrindəki iyun fyuçersləri üçün Brentin bir barreli 21 sent, yaxud 0.33% ucuzlaşma ilə 62.95 dollar olub.

WTI nefti isə may fyuçerslərində 19 dsent, yaxud 0.32% ucuzlaşma ilə 59.58 dollar/barrel olub.

Yeni Zelandiya kimi İEÖ-də COVID-19-un yeni yoluxma dalğalarını qarşılamaq üçün səyahətlə bağlı məhdudiyyətlərə keçib. Anoloji hadisə bir neçə Avropa ölkəsində də baş verməkdədir.

Qeyd edək ki, ABŞ-ın Energetika Nazirliyinin Məlumat İdarəsi (EIA) “Brent” markalı neftin 2021-ci il üçün orta qiymət proqnozunu 60 dollardan 62 dollara artırıb.

EIA hesabatında qeyd edir ki, 2021-ci ilin ikinci rübündə “Brent” markalı neftin 65 dollar / barel, 2021-ci ilin ikinci yarısında isə 61 dollar / barel olaraq proqnozlaşdırılıb.

Son xəbərlər
Digər xəbərlər