16 C
Baku
Thursday, April 25, 2024

Neftin qiymətində 4% artım – Gözlər “OPEC+”un iclasında

Neftin qiymətləri həftənin çərşənbə gününə əsas neft hasilatçılarının sabahkı görüşü öncəsi 4 faiz bahalaşıb. Hansı ki, ehtimal olunur neft ixracatçıları Omikron ştamının gələcəkdə məhdudiyyətlərə səbəb olması ilə neftə olan tələbi kəskin azalacağı riskini göz önünə alacaqlar.

Banker.az xəbər verir ki, Brentin fevral fyuçersləri üzrə bir barrelinin qiyməti $3.25, yaxud 4.7% artımla $72.48-ə yüksəlib.

ABŞ-ın Qərbi Texas Nefti (WTI) sessiya ərzində yanvar fyuçersləri üçün barrelində $3.01, yaxud 4.6% artımla $69.19-a yüksəlib.

Bu arada, neft bazarı ilə tandem təşkil edən kapital bazarında da yüksılişlər müşahidə edilməkdədir.

Neft İxrac Edən Ölkələr Birliyi (OPEC) və onlarla eyni alyansda anlaşan ölkələr -hansı ki bu alyans birlikdə OPEC+ adlandırılır – sabah hasilatın plan üzrə 400 000 barrel günlük artıracaqlar. Lakin, hazırda Omikron ştamı səbəbindən neftə yaranan tələbin kəskin düşmə risklərini göz önünə alaraq yanvarda fasilə vermək istəyirlər.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər