10 C
Baku
Thursday, November 14, 2024

“Neftin qiymətində çox böyük dəyişikliklər olacaq”

Bu sözləri energetika naziri Natiq Əliyev deyib.

Bu ilin sonuna neftin qiymətində əhəmiyyətli dərəcədə bahalaşma olacaq.

Nazir bildirib ki, neftin qiyməti təkcə iqtisadi yox, həm də siyasi faktorlardan asılıdır. Bu gün dünyada baş verən proseslər, münaqişələr bilavasitə neftin qiymətinə təsir edir. Lakin bu belə davam edə bilməz. Çünki qiymətin ucuzlaşması nəinki xam neft hasilatçısı, o cümlədən də istehlakçı ölkələrin iqtisadiyyatına təsir göstərir.

“Hesab edirəm ki, bu ilin sonlarında neftin qiymətində çox böyük dəyişikliklər olacaq. Çünki heç bir iqtisadiyyat bu vəziyyətə dözmür”.-deyə nazir əlavə edib.

Natiq Əliyev - Energetika naziri
Natiq Əliyev – Energetika naziri

Dünya bazarlarında neftin qiymətində bahalaşma davam edir. ANS PRESS-in məlumatına görə, ötən həftə sonu 34.74 dollar olan “Brent” markalı neftin qiyməti bahalaşaraq 35.44 dollar olub.

“WTI” neftində isə ucuzlaşma müşahidə olunub. Ötən həftə sonu 33.62 dollar olan “Texas” markalı neftin bir barelinin qiyməti 33.20 dollarda qərarlaşıb.

“AzəriLayt” markalı neftin bir barelinin qiyməti isə 35,78 dollar təşkil edib.

ANS Press

Bizi twitterdə izləyin @Bankeraz

Son xəbərlər
Digər xəbərlər