Dünya birjalarında neftin dəyəri ucuzlaşıb.
Banker.az Bloomberg-ə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09:55 radələrində, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 63 sent, yəni, 0.97% ucuzlaşaraq 64.62$-a təklif olunub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarında WTI (West Texas Intermediate) neftinin qiyməti 72 sent, yəni, 1.17% azalaraq 61.07$-da qərarlaşıb.