9 C
Baku
Wednesday, November 13, 2024

Neft yenidən kəskin ucuzlaşır – YENİLƏNİB

—- 16:45 —-

Nyu-Yorkun Nymex əmtəə birjasında Bakı vaxtı ilə 16:30 radələrində Qərbi Texas Neftinin (WTI) hər bareli 13,05 USD dəyərində ticarət olunur. Bu sessiya ərzində 1 bareli üzrə 3,89USD və ya 22.96% ucuzlaşma olması deməkdir.

Eyni radələrdə ICE qitələrarası fond birjasında Brentin hər bareli 20,10 USD (6.25%) dəyərinə düşüb.   

—— 08:12—–

Dünya birjalarında iyun fyuçersləri üzrə müqavilələrində istər Texas, istərsə də Brent neftinin dəyərində mühüm ucuzlaşmalar müşahidə edilib.

Banker.az xəbər verir ki, Bakı vaxtı ilə 08:00 radələrində Nyu-Yorkun Nymex əmtəə birjasında WTI neftinin 1 barelinin dəyəri 1,33 USD və ya 7,85% ucuzlaşmaqla 15,61 USD dəyərində ticarət olunub.

Okeanın bu tayındakı – Londonun ICE qitələrarası fond birjasında Brent markalı neftin bir barelinin dəyəri sessiya ərzində 0,32 USD(1,49%) ucuzlaşmaqla 21,12 USD dəyərində satılır.

Son xəbərlər
Digər xəbərlər