7 C
Baku
Thursday, December 12, 2024

“Neftin qiymətinin 150 dollara çatmasına yol vermək olmaz” – Vahid Ələkbərov

Neft hasilatının həcminin azaldılması ilə bağlı OPEC+ razılaşması nəticəsində neftin qiyməti stabilləşməlidir, lakin onun 150 dollar/barelə çatmasına yol vermək olmaz.

TASS agentliyinə istinadən, bu barədə Rusiyanın “LUKoil” şirkətinin prezidenti Vahid Ələkbərov Davosda (İsveçrə) keçirilən Ümumdünya İqtisadi Forumunda bildirib.

“Elə təsəvvür var ki, neft hasil edən ölkələrin hökumətlərini artıq 70 dollar da qane etmir. Biz qiyməti 2011-2012-ci illərdəki normaya salmalıyıq və sonra bu müqavilədən çıxmalıyıq. Neftin qiymətinin 140-150 dollara qalxdığı kimi yenidən sıçrayışla artmasına imkan verməməliyik”, – deyə o qeyd edib.

V.Ələkbərov həmçinin əlavə edib ki, “LUKoil” yaxın üç il üçün büdcəsini 50 dollara uyğun müəyyənləşdirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər