13 C
Baku
Saturday, April 27, 2024

Neftin qiymətinin artımı 12 ilin maksimumuna çatıb

Bu il neftin qiymətinin artım tempi son 12 ilin rekord səviyyəsinə çatıb.

Bu il “Brent” markalı neft 53 %, WTI – 57 % bahalaşıb. Neft qiymətlərinin artım tempi yalnız 2009-cu ilin göstəricilərindən geri qalır. O zaman qiymətlər 70 %-dən çox artıb.

Bakı vaxtı ilə saat 10:55-ə olan məlumatlara görə, “Brent” markalı neftin bir bareli 79,53 ABŞ dollarına, WTI – 76,95 ABŞ dollarına ticarət olunub.

Qeyd edilir ki, neft fyuçersləri rekord həddə bu ilin oktyabr ayında çatıb. “Brent” 2018-ci ilin rekordunu yeniləyərək bir barel üçün 86,70 ABŞ dollarına kimi bahalaşıb. WTI-nin qiyməti 2014-cü ildən bu yana ilk dəfə bir barel üçün 85,41 ABŞ dollarına çatıb.

2022-ci ildə neftin dünya qiymətlərinin artmağa davam edəcəyi gözlənilir. Beynəlxalq Enerji Agentliyinin məlumatlarına görə, neft istehlakı pandemiyadan əvvəlki həddə çatacaq və sutkalıq 99,53 milyon barel təşkil edəcək. 2021-ci ildə bu göstərici 96,2 milyon barel olub.

 

 

Mənbəreport.az
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər