1 C
Baku
Saturday, December 14, 2024

Neftin qiymətinin artması ilə bağlı ehtimallar azalır

Qlobal maliyyə bazarlarında investorların neft qiymətlərinin artmasına olan inamı azalmağa başlayıb. “Forexpf.ru” saytı xəbər verir ki, bu barədə ABŞ-ın Əmtəə Fyuçersləri üzrə Ticarət Komissiyasının (CFTC) hesabatına əsasən məlumat verilir. Belə ki, hesabata görə, 19-25 aprel tarixlərində WTI markalı neft opsionları və fyuçerslərində xalis uzun spekulyativ mövqe 67 943 kontrakt azalaraq 255 421-ə enib. Bu isə son 4 həftənin ən minimal səviyyəsi hesab olunur.

Hesabat həftəsində uzun mövqe kontraktları (yəni, neft qiymətlərinin artmasına hesablanan) 51 465 ədəd azalaraq 335 252-yə enərək son 3 həftənin minimumuna düşüb. Qısa mövqe isə (qiymətlərin azalmasına hesablanan) 16 478 kontrakt artaraq 79 831-ə çatıb və 3 həftəlik maksimuma yüksəlib.

Qeyd edək ki, xalis mövqe uzun və qısa mövqelər arasındakı fərqi göstərir.

Mənbə Report Agentliyidir

Son xəbərlər
Digər xəbərlər