Dünya birjasında neftin qiymətində dəyişiklik davam edir.
Banker.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,04 dollar azalaraq 47,11 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,05 dollar artaraq 49,80 dollar olub.