Dünya bazarında neftin qiyməti ucuzlaşmaqda davam edir.
Banker.az xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,48 dollar azalaraq 40,84 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin də 1 barelinin dəyəri 0,47 dollar ucuzlaşaraq 46,15 dollar olub