12 C
Baku
Saturday, November 23, 2024

Neftin qiymətləri fərqli istiqamətə irəliləyir

Neftin qiymətində bir neçə gündür dinamiklik səngisə də 2014-cü ildən bu tərəfə maksimumda – 85 dollardan yuxarı ticarət olunur.

Banker.az xəbər verir ki, Brent neftinin qiyməti Londonun ICE qitələrarası fond birjasında dekabr fyuçerslərində 85.67 dollara ticarət olunur.

WTI neftinin Nyu-Yorkun ICE birjasındakı qiyməti isə oktyabr fyuçersləri üzrə  83.87 dollara ticarət olunur. Əlavə olaraq bildirək ki, ABŞ-ın xam nefti son saatlarda qiymət artımı nümayiş etdirir.

Neftin qiymətinin hazırda artımına təzyiqin Çinin daş kömürün qiymətinin yumşaldılması ilə bağlı qərarıdır.

Son xəbərlər
Digər xəbərlər