Çərşənbə günü neft qiymətlərində yüksəlmə müşahidə olunur, lakin qlobal iqtisadiyyatdakı yavaşlamanın yanacaq tələbatına təsirinin artması ilə əlaqədar narahatlıqlar hələ də qalmaqdadır.
Brent markalı neftin qiyməti 0,3% artaraq bir barelə görə 68,16 dollar, WTI markalı neftin qiyməti isə 0,1% artaraq 60,01 dollar qiymətinə çatmışdır.
Asya, Avropa və ABŞ-da istehsal aktivliyinin yavaşaması müşahidə olunduqdan sonra, yanacağa olan tələbatın aşağı düşməsi ilə əlaqədar olan narahatlıqlar müəyyən dərəcədə məhdudlaşdırılıb.
Amerikanın neft institutunun (API) çərşənbə axşamı günü verdiyi məlumata görə, ABŞ-ın neft ehtiyatları 1,9 milyon barelə qədər artıb.
Bazarın iştirakçıları bu məlumatların rəsmi statistika tərəfindən təsdiq edilməsini gözləyirlər. Statistik məlumatlar çərşənbə günü saat 18.30-da açıqlanacaq.