2 C
Baku
Sunday, December 15, 2024

“Neftin ucuzlaşmasını dayandırdıq…” – Prezident

Venesuelanın prezidenti Nikolas Maduro bəyan edib ki, neft hasil edən ölkələr arasında neft hasilatının yanvar ayı səviyyəsində saxlanılmasına dair əldə edilən razılıq neftin qiymətinin ucuzlaşmasının qarşısını almağı mümkün edib.

Bu barədə Rusiya KİV-i xəbər verir.

“Qiymətin enməsi dayanıb və kiçik artım başlayıb”, – Maduro bəyan edib.

Venesuela lideri vurğulayıb ki, yaxın günlərdə OPEK-ə daxil olan və daxil olmayan neft hasil edən ölkələrin görüşü baş tutacaq.

Bu görüşdə “hasilatın ən azı iyuna qədər dondurulmasına dair kompromisin əldə edilməsi müzakirə ediləcək”.

AzVision

Son xəbərlər
Digər xəbərlər