10 C
Baku
Saturday, November 23, 2024

Neftin yaxın iki ildə 10 dollar ucuzlaşacağı proqnozlaşdırılır

Niderlandın beynəlxalq bank və maliyyə xidmətləri korporasiyası ING (Internationale Nederlanden Groep) “Brent” markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu yeniləyib.

Bu barədə “ING Group”un may ayı üzrə proqnozunda bildirilir.

Belə ki, “ING Group” 2024-cü il üzrə “Brent” markalı etalon neftin orta qiyməti ilə bağlı proqnozunu 86 ABŞ dollarından 85 dollaradək endirib.

Proqnoza əsasən, 2025-ci ildə “Brent” neftinin orta qiymətinin 80 dollar təşkil edəcəyi ehtimal olunur (proqnoz dəyişməyib).

Bundan başqa “ING Group” “Brent”in 2026-cı il üçün proqnozunu açıqlayıb. Belə ki, qeyd olunan göstəricinin 75 dollar səviyyəsində olacağı ehtimal olunur.

Qeyd edək ki, “ING Group” hesablamalarına əsasən 2023-cü ildə “Brent” markalı neftinin orta qiyməti 82 dollar təşkil edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər