-1 C
Baku
Sunday, December 15, 2024

Neftlə yanaşı qızılın da qiyməti düşdü

Neftin qiyməti dünya bazarlarında sürətlə ucuzlaşmaqdadır.

Cəmi bir gün ərzində Brent markalı neftin qiyməti öz dəyərini 0.36 dollar itirib. Bu gün səhər London əmtəə birjasında keçirilən elektron həraclarda Brent markalı neftin 1 barreli 69.28 dollara satılıb. Nyu-York birjasında WTI markalı bir barel neft 66,48 dollara təklif olunub.

Nəzərinizə çatdıraq ki, neftin qiymətlərinin uzuclama prosesi cari ilin iyul ayından başlayıb və getdikcə də azalır. Neftin belə ucuzlaşması isə iflas riskini xeyli dərəcədə artırıb. Qeyd edək ki, bu cür aşağı qiymətə neft 2012-ci ilin iyun ayından bu yana hələ düşməmişdi.

Ekspertlər qeyd edirlər ki, qızılın qiymətinin artmasının əsas səbəbi 2009 və 2010-cu ildə baş verən kəskin artımlar səbəb ola bilər. 2012–ci ildə isə qızılın qiyməti daha yüksək həddə çatmışdır.

Belə ki, dünya bazarında son 10 gün ərzində artımar müşahidə olunur. Bu günə qiymətli metalın 1 unsiyası, yəni 31 qramı 1 207.50 $ təşkil edib. Qeyd edək ki, qızılın qiyməti 10 gün öncə təxminən 1 130 $ ətrafında idi.

Son xəbərlər
Digər xəbərlər