20 C
Baku
Sunday, October 13, 2024

“Neftmaştəmir”in səhmdarları müəssisənin zərərinə görə toplaşırlar

30 iyun 2022-ci il saat 15.00-da “Neftmaştəmir” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.

Banker.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Səhmdar cəmiyyətin 2021-ci ilin yekunları üzrə maliyyə-təsərrüfat fəaliyyətinin hesabatı və cəmiyyətin 2021-ci il üçün illik hesabatlarının təsdiqi.

2. Müəssisənin zərəri haqqında məlumat.

3. Digər məsələlər.

Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.

Eyni zamanda bildiririk ki, nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikası Qanununun 3.4.4 bəndinə uyğun ola­raq dividendlər nağdsız qaydada bank hesabına köçürülməlidir. Bununla əlaqədar bank rekvizitləri və şəxsiyyət vəsiqəsinin surətini “Neftmaştəmir” ASC-nin mühasibat şöbəsinə və ya neft­[email protected] elektron ünvanına göndərmək xahiş olunur. Həmçinin, gələcəkdə bildirişlərin elektron qaydada göndərilməsi üçün e-mail ünvanlarını da təqdim etmək lazımdır.

İclasın keçirildiyi ünvan – Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Oktyabr küçəsi 52. “Neftmaştəmir” ASC-nin iclas otağıdır.

Son xəbərlər
Digər xəbərlər