20.8 C
Baku
Tuesday, May 20, 2025

“Neftmaştəmir” ötən ili 1 milyon manat mənfəətlə başa vurub

“Neftmaştəmir” ASC 2024-cü ili 1 milyon 98 min manat mənfəətlə başa vurub. 2023-cü ildə şirkətin mənfəəti 1 milyon 75 min manat olub ki, bu da illik müqayisədə 2% artımdır.

Banker.az bu barədə ASC-nin maliyyə hesabatına istinadən xəbər verir.

Ötən il “Neftmaştəmir” ASC-nin əsas əməliyyat gəlirləri 62% artaraq 7 milyon 123 min manat, əsas əməliyyat xərcləri 60% artaraq 4 milyon 979 min manat olub.

Hesabat dövründə ASC-nin cəmi aktivləri 1 milyon 901 min manatdan 2 milyon 319 min manata, cəmi öhdəlikləri 584 min manatdan 1 milyon 248 min manata çatıb, cəmi kapitalı isə 1 milyon 317 min manatdan 1 milyon 71 min manata düşüb.

Son xəbərlər
Digər xəbərlər