10 C
Baku
Wednesday, December 11, 2024

“Neftmaştəmir”in rəhbərliyi yenidən seçiləcək

2 aprel 2024-cü il saat 11.00-da səhm­darların növbəti illik ümumi yığıncağı keçi­riləcəkdir.

Banker.az xəbər verir ki, ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxildir:

1. Səhmdar cəmiyyətin 2023-cü ilin ye­kunları ilə bağlı maliyyə-təsərrüfat fəaliyyəti­nin hesabatı və cəmiyyətin 2023-cü il üzrə illik hesabatlarının təsdiqi.

2. Müəssisənin gəlir və zərəri haqqında məlumat.

3. ASC-nin nizamnaməsində qismən də­yişikliklər edilməsi barədə.

4. Təşkilati məsələ – ASC-nin müşahidə şurasının sədr və üzvlərinin yenidən seçilmə­si.

Ümumi yığıncaqda bütün səhmdarların iştirakı vacibdir.

İclasın keçiriləcəyi ünvan – Bakı şəhə­ri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Oktyabr küçəsi 52-dir.

Son xəbərlər
Digər xəbərlər