19 iyun 2023-cü il saat 17.00-da “Neftqazmaş” ASC səhmdarlarının növbəti illik ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, İclasın gündəliyinə Səhmdar cəmiyyətinin idarəetmə orqanlarının 2022-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyəti haqqında hesabatı, Cəmiyyətin nizamnaməsinin 3.1 “cəmiyyətin səhmdarları” maddəsində dəyişiklik edilməsi, Mənfəətin bölüşdürülməsi daxildir.
Ünvan- Bakı şəhəri, Sabunçu rayonu, I Zabrat qəsəbəsi, Oktyabr küçəsi 29, “Neftqazmaş” ASC-nin iclas zalı.