“Neftqazmaş” ASC 2019-cu il üzrə mənfəətini 49 faiz artırıb.
Banker.az bu barədə müəssisənin ötən il üzrə maliyyə hesabatına istinadla bildirir.
“Neftqazmaş” ötən il ərzində 5.7 mln. manatlıq əsas əməliyyat gəliro olub. Bu öncəki ildə 4.47 mln manat idi. Müəsisənin satdığı malların maya dəyəri 5.03 mln. manat edib ki, bu da 0.67 mln. manatlıq ümumi mənfəət etməsi anlamına gəlir. Həmçinin ümumi mənfəətin həcmi 26 faiz ötən ilin analoji dövrü ilə müqayisədə artıb.
Digər xərclər çıxəldıqdan sonra müəssisənin xalis mənfəəti 0.65 mln manat olub. Beləliklə, müəssisənin balansında olan bölüşdürülməmiş mənfəətin həcmi 1.2 mln manata çatıb.