“Neman İKF” MMC 2022-ci ili 1 milyon 881 min manat mənfəətlə başa vurub. 2021-ci ildə şirkət 1 milyon 720 min manat mənfəət etmişdir ki, bu da illik müqayisədə 9.4% artıb.
Banker.az bu barədə MMC-nin maliyyə vəziyyəti haqqında hesabata istinadən xəbər verir.
Ötən il “Neman İKF” MMC-nin əsas əməliyyat gəlirləri 21 milyon 553 min manat (əvvəlki ilə nisbətən 27% çox), əməliyyat xərcləri 20 milyon 524 min manat (28% çox) təşkil edib.
Hesabat dövründə “Neman İKF” MMC-nin cəmi aktivləri 33 milyon 214 min manat, cəmi öhdəlikləri 21 milyon 585 min manat, cəmi kapitalı 11 milyon 629 min manat olub.