“NEO Bank Olmayan Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyətinin Səhmdarlarının Növbədənkənar Ümumi Yığıncağı Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 3, ev 4 ünvanında yerləşən “NEO Bank Olmayan Kredit Təşkilatı” ASC-nin ofisində 23.02.2026-cı il tarixdə saat 14:00-da başlayıb və həmin gün saat 15:00-da başa çatıb.
Banker.az xəbər verir ki, yığıncağın gündəliyi aşağıda qeyd edilənlərdən ibarət olmuşdur.
1. İclas sədrinin və katibinin təyin edilməsi.
2. İclasın gündəliyinin təsdiq edilməsi.
3. “NEO Bank Olmayan Kredit Təşkilatı” ASC-də Müşahidə Şurasının yeni tərkibdə təsdiq edilməsi haqqında
Xatırladaq ki, Bank Olmayan Kredit Təşkilatı ”Finans İnvest” Məhdud Məsuliyyətli Cəmiyyəti adını və təşkilati-hüquqi formasını dəyişərək “NEO Bank Olmayan Kredit Təşkilatı” Açıq Səhmdar Cəmiyyətinə çevrildiyini elan edib.





