30 C
Baku
Sunday, July 14, 2024

NeoKart ilə 10% Keşbek qazanaraq “Yeni mövsümə hazır ol”!

®Yeni mövsümə və dərs ilinə hazırlaşmaq “NeoKart”ın yeni kampaniyası sayəsində daha sərfəli olacaq. Belə ki, “Yeni mövsümə hazır ol” kampaniyası çərçivəsində “Bank Respublika”nın bütün NeoKart sahibləri 3 kateqoriya üzrə – Geyim, Məişət texnikası və Dəftərxana ləvazimatları üzrə daha çox, 10% NeoBonus əldə edəcəklər.

Kampaniya sentyabr ayı boyunca davam edəcək və hər kəsə yeni iş və dərs mövsümünə hazırlaşmaq üçün sərfəli imkanlar yaradacaq. Kampaniyada iştirak etmək üçün avqustun 29-dan sentyabrın 30-dək müvafiq kateqoriyadan olan istənilən mağazada NeoKart ilə POS terminal üzərindən ödəniş etmək kifayətdir. Bununla yanaşı, NeoKart kart sahibləri əvvəlki kimi hər yerdə 2%, Neo Qalaktika tərəfdaş şəbəkəsində isə 55%-ə qədər zəmanətli keşbek qazanacaqlar.

NeoKart Standart və NeoKart Premium kartlarının bankın rəsmi internet səhifəsində pulsuz çatdırma ilə sifariş etmək mümkündür. Həmçinin, Neokart sahibi olduqdan sonra Siz 4000-ə qədər“Xoş gəldin” Bonusu, hər ay kart qalığına illik 5%-ə qədər gəlir və NeoKart Premium kartı üzrə bütün əlavə güzəştlər paketi əldə edəcəksiniz.

Daha ətraflı məlumatı bankın rəsmi saytında eləcə də facebook, instagram, linkedin, telegram səhifələrində və ya Bankın Çağrı Mərkəzinə 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər