13 C
Baku
Tuesday, May 7, 2024

Nepal müdriklərinin 32 tövsiyəsi

1. Asta danışın, sürətlə düşünün.

2. İnsanlar haqqında onların qohumlarına görə mühakimə yürütməyin.

3. “Mən səni sevirəm” deyəndə, -düzünü deyin!

4. “Mən təəssüf edirəm” deyəndə, -insanın gözlərinə baxın!

5. Digər insanın xəyal və arzularına heç zaman lağa qoyub, gülməyin.

6. İnsanlara gözlədiyindən daha çox verin və bunu sevinclə edin!.

7. Həmişə sevdiyiniz şeiri fikrinizdə saxlayın.

8. Eşitdiyiniz hər şeyə inanmayın. Sahib olduğun hər şeyi xərcləyin, yuxunu tam alana qədər yatın.

9. Böyük məhəbbət və iri nailiyyətlər həmişə böyük risk tələb edir.

10. Məğlub olanda bundan dərs almağa çalsın, bu da sizin xeyrinizdir.

11. Özünə və digərlərinə hörmət, öz əməllərinizə görə cavabdeh olun.

12. Balaca bir mübahisənin böyük dostluğu dağıtmasına icazə verməyin.

13. Səhv etdiyinizi anlayanda onu ört-basdır etməyə deyil, düzəlməyə cəhd edin.

14. Hər gün müəyyən bir müddəti tənhalıqda keçirin.

15. Mübadilə etməyə hazır olun, amma öz dəyərlərinizi əldən verməyin.

16. Bəzən susmaq -ən yaxşı cavabdır.

17. Daha çox kitab oxuyun.

18. Allaha inanın, amma maşını etibarlı yerdə saxlayın.

19. Daha çox kitab oxuyun.

20. Sətiraltı mənalara fikir verin.

21. Öz biliklərinizi uşaqlar ilə paylaşın. Bu gün bu, ölümsüzlüyə nail olmağın yeganə mümkün üsuludur.

22. Yer kürəsi ilə incə davranın, təbiəti çirkləndirməyin.

23. Sizi tərifləyəndə heç zaman onların sözünü kəsməyin.

24. Başqalarının işinə qarışmayın, boş məsləhətlər verməyin.

25. Sizlə öpüşərkən gözlərini yummayana etibar etməyin.

26. İldə bir dəfə heç vaxt olmadığınız bir yerə səyahət edin.

27. Əgər siz çoxlu pul qazanırsınızsa, onların bir hissəsini digər insanlara kömək üçün sərf edin.

28. Yadda saxlayın ki, bəzən uğur elə isətidyimizi əldə etməməkdə gizlənir.

29. Həkimlərə qulaq asın, onların bəzi qadağalarını pozmamağı öyrənin.

30. Öz uğurunuzu –onu əldə etmək üçün verdiyiniz qurbanlar ilə qiymətləndirin.

31. Sizin “mən” –elə sizin səyahətin yekun dayanacağıdır.

32. Sevgidə və yemək bişirməkdə yalnız öz qaydalarınıza güvənin, başqasının reseptlərinə əsasən nə sevmək nə də yemək bişirmək olmaz.

Son xəbərlər
 ⁠
Digər xəbərlər