23 C
Baku
Wednesday, September 10, 2025

Nepal prezidentinin istefa verməsi xəbəri təkzib edilib – Yenilənib

16:59 – Nepalın Prezidenti Ram Çandra Paudel istefa verməyib.

Bu barədə onun administrasiyasının bəyanatına istinadən “India Today” qəzeti xəbər yayıb.


16:19 – Nepal prezidenti Ram Çandra Paudel istefa verib, bu barədə “India Today” məlumat yayıb. Nəşrin qeyd etdiyi kimi, ölkə etirazçıların nəzarətinə keçib.

Xatırladaq ki, daha əvvəl Nepalın Baş naziri Şarma Oli istefa vermişdi. Sentyabrın 5-dən qüvvəyə minən sosial media qadağasına etiraz etmək üçün minlərlə gənc vətəndaş Katmandu küçələrinə çıxıb.

Bundan sonra Nepal hökuməti tələblərə uyğun olaraq sosial şəbəkələrin işini bərpa etmək qərarına gəlib. Buna baxmayaraq, etirazlar davam edib.

Son xəbərlər
Digər xəbərlər