®NEQSOL Academy elektron öyrənmə sahəsində yaxşı təcrübə və yeni tendensiya sayılan oyunlaşdırma (gamification) texnikasını tətbiq edib.
2021-ci ildə NEQSOL Holding, tərkibindəki şirkətlərin 10.000 əməkdaşı üçün nəzərdə tutulmuş, ölkədə ilk çoxfunksionallı və çoxdilli rəqəmsal təlim və ünsiyyət platformasını, NEQSOL Academy-ni istifadəyə verib. Holdinq Harvard Business School, MIT Sloan School, SkillSoft, RBL Institute, ADA Universiteti və digər təhsil müəssisələri ilə əməkdaşlıq yaratmaqla onların proqramlarını platformaya əlavə edib. Növbəti addım olaraq, NEQSOL Holding ekspertlərin video təlim kursları vasitəsilə əməkdaşlarının biznes, texnologiya və kreativ sahələrdə peşəkarlığının artırılmasına kömək məqsədilə beynəlxalq səviyyədə tanınmış onlayn kurs təminatçısı olan LinkedIn Learning ilə əməkdaşlığa başlayıb. LinkedIn Learning-in məlumatına görə, NEQSOL Academy-nin istifadəçiləri cəlb etmə nisbəti dünyada oxşar ölçülü təşkilatlar arasında öndədir.
Oyunlaşdırma xallar, nişanlar, səviyyələr və liderlər lövhələrini təqdim edir. Yeniliyin ideyası istifadəçilərə öz nəticələrini digərləri ilə müqayisə etməklə onları yaxşılaşdırmaq üçün motivasiya yaradan rəqabət mühiti təmin etməkdir. Tamamlama nişanları və liderlər lövhələri istifadəçilərə onların irəliləməsini təsdiq edən əks əlaqəni təqdim edir.
NEQSOL Holding-in İnsan Kapitalı üzrə Baş Direktoru Meriç Tunç bildirib: “Nailiyyətlərə görə tanınmaq insan təbiətinə uyğundur. Sertifikasiya və təlim proqramlarının başa çatmasına görə iştirakçılara nişanlar təqdim edilən rəqəmsal mühit yaratdıq. Bu yeni funksiyalar NEQSOL Academy-də “Mükəmməlliyə doğru səyahət”ə yeni qığılcım əlavə edir.
“Oyunlaşdırma daha cəlbedici və dərindən öyrənmə təcrübəsi təmin etdiyinə görə, bu, mütləq daha yüksək tamamlama nisbətlərinə və sistem istifadəsinə çevriləcək”, — deyə, NEQSOL Holding-in Öyrənmə və İnkişaf üzrə Meneceri Dilarə Cəfərli bildirib.
Holdinq əməkdaşlarının daha yaxşı nəticələr və uğurlar əldə etməsi üçün NEQSOL Academy müasir rəqəmsal alətləri təqdim etməyə davam edəcək.