36 C
Baku
Wednesday, August 17, 2022

NEQSOL Holding Azərbaycan vətəndaşlarının Ukraynadan təxliyəsinə dəstəyini şərh edib

KİV-lərdən daxil olan sorğulara cavab olaraq NEQSOL Holding bildirir ki, Ukraynadakı vəziyyətlə əlaqədar holdinq Azərbaycan vətəndaşlarının təxliyəsinə dəstək göstərir. Təxliyə üzrə işlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin himayəsi altında, Ukraynada və qonşu ölkələrdəki Azərbaycan səfirlikləri və konsulluqları, eləcə də Ukraynanın Azərbaycandakı Fəxri Konsulluğu ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilir.

Banker.az-a şirkətdən verilən məlumata görə vətəndaşların qayıtmasını təmin etmək üçün NEQSOL Holding və onun tərkibində olan Bakcell və Norm şirkətləri tərəfindən təyyarə reysləri təşkil olunub və 28 fevral tarixindən etibarən həyata keçirilməkdədir. Humanitar dəstək çərçivəsində vətəndaşlar pulsuz uçuş biletləri ilə təmin olunur.

Qeyd edək ki, bu reyslər Azərbaycan Hava Yolları (AZAL) tərəfindən təşkil edilən uçuşlara əlavə olaraq həyata keçirilir.

NEQSOL Holding həmçinin Ukraynanın Kiyev və Xarkov şəhərlərindən 2400-dən çox Azərbaycan vətəndaşının və 185 Türkiyə vətəndaşının dəmir yolu nəqliyyatı ilə Rumıniyanın paytaxtı Buxarest şəhərinə təxliyəsini təşkil edib.

Hazırda təxliyə üzrə işlər davam etməkdədir.

Son xəbərlər
Oxşar xəbərlər