16 C
Baku
Saturday, November 2, 2024

NEQSOL Holding, NEQSOL Academy və Liderlik İnkişaf Proqramlarına görə beynəlxalq mükafatlara layiq görülüb

®NEQSOL Holding beynəlxalq təşkilatlar tərəfindən mükafatlandırılan layihələri vasitəsilə insanlara sərmayə etməyə davam edir. NEQSOL Holding, NEQSOL Academy və Liderlik İnkişaf Proqramlarına görə bir çox kateqoriyalar üzrə nüfuzlu beynəlxalq Stevie® Awards mükafatına layiq görülüb. Ümumilikdə, NEQSOL Holding aşağıdakı kateqoriyalar üzrə 4 Qızıl və 3 Bürünc Stevie Awards for Great Employers mükafatları qazanıb:

  • Korporativ Öyrənmə Universitetinin ən yaxşı istifadəyə verilməsi (Qızıl)
  • Korporativ Öyrənmə Universiteti üçün Ən Yaxşı Strategiya (Qızıl)
  • Mobil Öyrənmənin Ən Yaxşı İstifadəsi (Qızıl)
  • Rəhbərlərin İnkişafında Nailiyyət (Qızıl)
  • Kouçinq və Mentorluq sahəsində Nailiyyət (Bürünc)
  • Liderlik İnkişafında Nailiyyət (Bürünc)
  • İnnovativ Liderlik Proqramı (Bürünc)

Stevie® Awards for Great Employers dünyada ən yaxşı işəgötürənlərə təqdim olunan beynəlxalq mükafat proqramıdır. Bu il İnsan Resursları sahəsində müxtəlif kateqoriyalar üzrə 26 ölkənin müxtəlif ölçülü təşkilatlarından 950-dən çox müraciət təqdim edilib. Stevie® Awards for Great Employers mükafatları altı ixtisaslaşmış münsiflər heyətində dünya üzrə 100-dən çox ekspertin balları əsasında təqdim edilir.

NEQSOL Holding-in korporativ universiteti olan və 4 Qızıl Stevie Awards mükafatına layiq görülmüş NEQSOL Academy, əməkdaşlar üçün qabaqcıl təhsil resurslarına çıxış imkanı yaradan rəqəmsal təlim və ünsiyyət platformasıdır. Platforma, əməkdaşlar arasında yüksək dərəcədə ünsiyyəti təmin edən yetkin və səmərəli öyrənmə mədəniyyətini yaratmaq üçün 2021-ci ilin fevral ayında istifadəyə verilib. NEQSOL Academy, Harvard Business School, Skillsoft, Crossknowledge, ADA Universiteti və LinkedIn Learning kimi dünya səviyyəli biznes məktəblər, agentliklər və akademiyalar ilə tərəfdaşlıq edir.

NEQSOL Holding-in Stevie Awards mükafatlarına layiq görülmüş digər təşəbbüsü olan Liderlik İnkişaf Proqramları rəhbərlərin inkişafı üçün Holdinqin kompleks yanaşmasını əks etdirir. O, həm liderlərin fərdi inkişaf ehtiyacları, həm də Holdinqin strateji prioritetləri, məqsədləri və planları üçün fərqli və hərtərəfli proqram və alətləri əhatə edir.

NEQSOL Holding-in Baş Direktoru Yusif Cabbarov bildirib:

“Biz peşəkarlardan ibarət komandamızı davamlı inkişafımızın əsas təminatçısı hesab edirik. NEQSOL Academy-nin fəaliyyətə başlaması NEQSOL Holding üçün strateji qərar idi, çünki biz fəaliyyət göstərdiyimiz ölkələrdə əməkdaşlarımızın peşəkar inkişafına sərmayə etməyə sadiqik. Fəxr edirik ki, bizim göstərdiyimiz səylər yenidən beynəlxalq səviyyədə tanınıb”.

NEQSOL Holding-in İnsan Kapitalı üzrə Baş Direktoru Meriç Tunç bildirib:

“NEQSOL Holding komandasının peşəkar inkişafı sahəsində təşəbbüslərimizin belə mötəbər beynəlxalq təşkilat tərəfindən növbəti dəfə yüksək qiymətləndirildiyi üçün çox məmnunuq. İnsan kapitalı Holdinqimiz üçün ən vacib aktivdir və biz istedadları cəlb etmək, qoruyub saxlamaq və inkişaf etdirmək üçün əlavə dəyər yaradan HR təcrübələrinə böyük önəm veririk. HR komandamız böyük iş görməklə nüfuzlu beynəlxalq mükafata layiq görülüb, bu isə bizi yeni parlaq təşəbbüslər və layihələr yaratmağa və həyata keçirməyə həvəsləndirir”.

NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun fəaliyyətinin əsas istiqamətləri Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və s. ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir.

Stevie® Awards mükafatı, Stevie® Awards for Great Employers daxil olmaqla səkkiz proqram çərçivəsində təqdim olunur. Beynəlxalq müsabiqəyə hər il 70-dən çox ölkədən 12000-dən çox müraciət göndərilir. Bütün növ və böyüklükdə təşkilatlara və oradakı insanlara hörmətlə yanaşan, Stevie®, bütün dünyada iş yerində üstün nailiyyətləri qiymətləndirir.

Son xəbərlər
Digər xəbərlər