8 C
Baku
Monday, November 18, 2024

NEQSOL Holding ölkədə ilk dəfə Risklərin idarəedilməsi üzrə ISO sertifikatını alıb

NEQSOL Holding ISO 31000:2018 Risklərin idarə edilməsi sertifikatı üzrə uyğunluq bəyannaməsini əldə edib. Bəyannamə ISO sertifikasiyasının etibarlı təminatçısı, Lloyd’s Register Group Limited tərkibinə daxil olan LRQA şirkəti tərəfindən keçirilmiş auditin nəticəsində təqdim edilib. 

Beynəlxalq sertifikat formalaşmış sistemin düzgün qurulduğunu təsdiq edir, təkmilləşdirmə və təcrübənin davamlı inkişafı üçün stimul yaradır. Bu, Azərbaycanda Risklərin idarə edilməsi ISO standartı üzrə uyğunluq haqqında ilk bəyannamədir.

“NEQSOL Holding risklərin idarə edilməsini güclü korporativ idarəetmənin əsas elementlərindən biri hesab edərək, ISO standartı və qabaqcıl təcrübələrə əsaslanan Risklərin İdarəedilməsi Sistemini qurub”, — NEQSOL Holding-in Baş Maliyyə Direktoru İmran Əhmədzadə bildirib.

“Risklərin idarə edilməsi biznes davamlılığını və riskləri dəyərləndirərək qərarverməni dəstəkləyir. Müvəffəqiyyətlə yekunlaşmış audit risklərin idarə edilməsi prosesinin, sənədlərinin, model və hesabatların dəyərləndirilməsi, həmçinin risk mədəniyyəti səviyyəsinin qiymətləndirilməsi üçün Holdinqin şirklətlərində rəhbərlərlə müsahibələrin keçirilməsini əhatə edib”, — NEQSOL Holding-in Risklərin İdarəedilməsi üzrə rəhbəri Samir Kərimov bildirib.

NEQSOL Holding-in tərkibinə daxil olan Nobel Energy, Bakcell, Azerconnect, Vodafone Ukrayna və Norm kimi şirkətlər Holdinqin Risklərin İdarəetmə Siyasətini və Təlimatlarını uğurla tətbiq ediblər. 

NEQSOL Holding səkkiz ölkədə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən beynəlxalq şirkətlər qrupudur.

Son xəbərlər
Digər xəbərlər