12 C
Baku
Saturday, November 23, 2024

NEQSOL Holding Türkiyəyə humanitar yardım göstərməyə davam edir

®NEQSOL Holding Türkiyədə baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması məqsədilə dəstəyini davam etdirir.

Holdinqin qərarı ilə tərkibində olan Bakcell şirkəti 5 milyon TL məbləğində vəsaiti Türkiyənin Azərbaycandakı səfirliyinin bank hesabına köçürüb. Beləliklə, bu günədək NEQSOL Holding-in tərkibinə daxil olan Bakcell, Azerconnect, Norm və Nobel Energy şirkətləri tərəfindən Türkiyəyə edilən humanitar yardımın ümumi məbləği 20 milyon TL-dən çox olub.

Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar Agentliyinə (AFAD) və Türkiyənin Azərbaycandakı səfirliyinə maliyyə vəsaitin köçürülməsi ilə yanaşı, birbaşa fəlakət bölgəsinə təcili ehtiyaclarının qarşılanması üçün qida, geyim, rabitə avadanlığı və s. də göndərilib.

Türkiyə xalqına dəstək məqsədilə NEQSOL Holding humanitar yardımını davam etdirməyi nəzərdə tutur.

NEQSOL Holding Türkiyədə güclü zəlzələ nəticəsində həyatını itirənlərin ailələrinə, yaxınlarına və bütün Türkiyə xalqına bir daha başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzu edir.

Son xəbərlər
Digər xəbərlər