®NEQSOL Holding beynəlxalq şirkətlər qrupu strategiyasına əsasən inkişafını davam etdirir. Qrupun hazırda 9 ölkədə aktivləri və əməliyyatları, eləcə də Bakı, Amsterdam və Kiyevdə 3 regional ofisi var.
Korporativ strategiyanın bir hissəsi olaraq, regional korporativ idarəetmənin gücləndirilməsi və biznesin davamlılığının təmin edilməsi Holdinqin diqqət mərkəzindədir. Liderlərin ardıcıllığı planlarına əsasən, Qrup regional ofislərə və direktorlar şuralarına yeni təyinatlar elan edib.
İmran Əhmədzadə NEQSOL Holding Azərbaycan ofisinin rəhbəri təyin edilib. O, həmçinin NEQSOL Holding-də Qrup üzrə Baş Maliyyə Direktoru kimi hazırkı rolunu və Holdinqin tərkibindəki şirkətlərin direktorlar şuralarında fəaliyyətini davam etdirəcək.
İmran Əhmədzadənin bank, enerji, telekommunikasiya və tikinti sahələrində 18 illik böyük təcrübəsi var. O, 2013-cü ildə NEQSOL Holding-in tərkibinə daxil olan Nobel Energy-də Xəzinədarlıq üzrə Baş Direktor, 2017-ci ildə NEQSOL Holding-də Baş Maliyyə Direktorunun Müavini, 2018-ci ildə isə Baş Maliyyə Direktoru təyin olunmuşdur. Harvard Biznes Məktəbinin məzunudur.
NEQSOL Holding həmçinin Bakcell şirkətində Direktorlar Şurasının Sədri vəzifəsinə əlavə olaraq Vasil Latsaniçin Vodafone Ukrayna şirkətinin Direktorlar Şurasının Sədri təyin olunduğunu elan edir.
Vasil Latsaniç Niderland, Ukrayna, İtaliya, Rusiya, Belarus, Özbəkistan, Türkmənistan və Hindistanda telekommunikasiya sənayesində 20 ildən çox beynəlxalq təcrübəyə malikdir. London Biznes Məktəbinin məzunudur.
Yusif Cabbarov NEQSOL Holding-in Baş Direktoru vəzifəsində fəaliyyətini davam etdirərək holdinqin beynəlxalq biznesinə nəzarət edəcək. Bu təyinatları şərh edən Yusif Cabbarov deyib:
“Regional ofislər fəaliyyət göstərdiyimiz bazarlarda fokusu artırmağa, eləcə də holdinq və onun müxtəlif regionlardakı şirkətləri arasında koordinasiyasını gücləndirməyə imkan verir. 2020-ci ildən Volodimir Lavrençukun rəhbərlik etdiyi Ukrayna ofisimiz həmin regionda biznesin inkişafı və investisiya təşəbbüsləri baxımından böyük töhfə verib. Liderlərin ardıcıllığı proqramının nəticəsi olaraq, İmran Əhmədzadənin NEQSOL Holding Azərbaycan ofisinin rəhbəri təyin edilməsi Azərbaycanda biznesimizin inkişafına daha da töhfə verəcək, çünki o, bizim üçün əsas fəaliyyət bazarı olaraq qalır.
Əminəm ki, bazarı dərindən bilməsi və telekommunikasiya şirkətlərində böyük təcrübəsi sayəsində Vasil Latsaniç Vodafone Ukraynanın Direktorlar Şurasının Sədri rolunda şirkətin daha da böyüməsinə töhfə verəcək.
Böyüyən beynəlxalq qrup olaraq, biznesin dayanıqlı inkişafını təmin etmək üçün liderlərin ardıcıllığı və rəhbər komandaların inkişafı bizim üçün prioritet təşkil edir. NEQSOL Holding öz əməkdaşlarına sərmayə etməyə davam edəcək, çünki bizneslərinin gələcəyinə sərmayə edir.”
NEQSOL Holding, Azərbaycan, Böyük Britaniya, ABŞ, Türkiyə, Ukrayna, Niderland, Gürcüstan, BƏƏ və Qazaxıstanda enerji, telekommunikasiya, yüksək texnologiya və tikinti sahələrində fəaliyyət göstərən çoxsahəli beynəlxalq şirkətlər qrupudur.