17 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

NEQSOL Holdingdə yeni Baş Direktor Müavini və Telekom rəhbəri vəzifəsinə təyinat olub

Screen Shot 2021 09 02 at 14.34.20

NEQSOL Holding-ə Cenk Serdarın holdinqin Baş Direktor Müavini, Telekom rəhbəri vəzifəsinə təyinat almışdır. Serdar eyni zamanda holdinqin tərkibinə daxil olan Bakcell və Vodafone Ukrayna telekommunikasiya şirkətlərinin Direktorlar Şurasının üzvü təyin edilib.

Cenk Serdar 30-dan çox inkişaf etmiş və inkişafda olan ölkələrin telekommunikasiya sektorlarında qazandığı 20 ildən çox zəngin təcrübəyə malikdir. Cənab Serdar 6 il ərzində Saudi Telecom Group-da və 5 il ərzində fəaliyyəti Avropa, Asiya, Afrika və Orta Şərqin 20-dən çox ölkəsini əhatə edən Vodafone Group-da yüksək rəhbər vəzifələrdə çalışıb. Həmçinin, digər şirkətlərdə rəhbər vəzifələrinə əlavə olaraq, o, müxtəlif telekommunikasiya, texnologiya və maliyyə şirkətlərinin direktorlar şurasının üzvü vəzifəsində də fəaliyyət göstərib. Cenk Serdar Wharton məktəbindən MBA dərəcəsinə sahibdir və həmçinin Fulbright proqramının təqaüdçüsü olub.

Cenk Serdar 1
Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər