10 C
Baku
Wednesday, December 11, 2024

“Nestle” 2023-cü ildə ərzaq qiymətlərinin artacağını proqnoz edib

“Nestle”nin baş icraçı direktoru Mark Şnayder bildirib ki, 2023-cü ildə əsas ərzaq qiymətləri inflyasiyadakı dəyişkənlik səbəbindən arta bilər. Ərzaq inflyasiyasının səviyyəsi bazarın vəziyyətindən asılı olacaq. Ekspert qeyd edir ki, məhsulların maya dəyərinin artması ssenarisi buna haqq qazandıracaq.

Banker.az bu barədə “Banki.ru”ya istinadən xəbər verir.

Eyni zamanda, ərzaq inflyasiyasından təkcə istehlakçılar deyil, həm də müəssisələr zərər çəkəcək. Şirkətlər indi vurduqları zərəri kompensasiya etməyə çalışırlar, deyə Şnayder vurğulayır. Belə ki, öyən il “Nestle” tərəfindən məhsulların maya dəyərinin 8.2% artmasına baxmayaraq, bu tədbirlər xərcləri kompensasiya etmək üçün kifayət etməyib.

Onun sözlərinə görə, ərzaq bazarının ən iri şirkətləri hazırda ümumi marjanı bərpa etməyə davam edirlər.

Son xəbərlər
Digər xəbərlər