19 C
Baku
Thursday, May 30, 2024

“Nestle” Rusiyada məşhur brendlərinin işini dayandırıb

Nestle şirkəti “KitKat” və “Nesquik” brendlərini Rusiya bazarından çıxarmaq qərarına gəlib.

Bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.

Şirkət, həmçinin Rusiyadan qeyri-vacib idxal və ixracı dayandırıb.

“Ukraynada müharibə davam etdikcə fəaliyyətimiz qazanc əldə etməkdənsə, uşaq qidası və tibbi məhsulların təmin edilməsinə yönəldiləcək. Bu yanaşma məqsəd və dəyərlərimizə uyğundur”, – məlumatda bildirilir.

Şirkət, həmçinin bildirib ki, gələcəkdə Rusiyada qazanc əldə etməyi və ya hər hansı vergi ödəməyi gözləmir. Satışdan əldə edilən bütün gəlir humanitar yardım təşkilatlarına bağışlanacaq.

“Bu, Ukrayna əhalisinə və qonşu ölkələrdəki qaçqınlara dəstək olmaq üçün artıq göndərdiyimiz yüzlərlə ton ərzaq yardımına əlavədir. Və bu səylər davam etdiriləcək. Biz Ukrayna xalqını və oradakı 5 800 əməkdaşımızı dəstəkləyirik”, – şirkət bəyan edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər