10 C
Baku
Friday, December 13, 2024

Nestle şirkətinin tarixi

Şirkətin yaradılması

İsveçrəli əczaçı Henri Nestlenin ana südünə əvəzedici tapmaq üçün apardığı tədqiqatlar əsasında Nestle müəssisəsi yaradılır. Henri süddən, buğda unundan, və şəkərdən istifadə edərək Farine Lactee Henry Nestle (Henri Nestlenin südlü unu) adını daşıyan məhsul əldə edir.

Bu məhsulun istehsalı və satışı ilə məşğul olan şirkət 1867-ci ildə yaradılır.

Henrinin məqsədi müxtəlif səbəblərdən ana südündən məhrum olmuş körpələr üçün qida məhsulu hazırlamaq idi. Həmçinin o, belə etməklə kifayət qədər və ya düzgün şəkildə qidalanmaması səbəbindən yaranan uşaq ölümlərinin sayını azaltmış olurdu.

Yeni məhsulun ilk istifadəçisi vaxtından əvvəl anadan olmuş körpə olur. Həmin körpənin orqanizmi nə ana südünü, nə də o dövrdə mövcüd olan ana südünə əvəzedici qidaları qəbul etmirdi. Həkimlər ona kömək etməkdə aciz idilər.

Yeni məhsulun sayəsində körpənin həyatı xilas olduqdan sonra «Henrinin südlü unu» məşhurlaşır və artıq bir neçə ildən sonra Avropanın bir çox ölkəsində uğurla satılırdı.

«Qatılaşdırılmış süd istehsal edən İngilis-İsveçrə şirkəti» XIX əsrin 70-ci illərində ana südünə əvəzedici istehsal etməyə başlayır. Bu şirkətin əsası 1886-cı ildə amerikan Çarlz və Corc Peyclər tərəfindən qoyulmuşdu.
1874-cü ildən etibarən Nestle şirkətinin sahibi Jül Monner rəqib şirkətə cavab olaraq qatılaşdırılmış süd buraxmağa başlayır.

Bu iki şirkət 1905-ci ildə birləşənə qədər bu sahədə ən əsas rəqiblər olaraq qalırdı.

1362994408 298076577

Loqotipin yaradılma tarixçəsi

Henri Nestle öz ailə gerbini – içində quşlar olan quş yuvası – ticarət nişanı kimi istifadə etməyə qərar verir. Alman dilinin isveçrə aksentində Nestle «kiçik quş yuvası» deməkdir. Ticari agentlərdən biri Henriyə quş yuvası əvəzinə İsveçrə bayrağının xaçını istifadə etməyi təklif etmişdir. Lakin Henri bu təklifi rədd edir.

O belə söyləmişdir: «Çox təəsüf edirəm, lakim mən quş yuvasını isveçrə xaç ilə əvəz edə bilmərəm. Çünki mən hər bir ölkə üçün müxtəlif ticarət nişanları tərtib edə bilmərəm. Xaçdan hər kəs istifadə edə bilər. Amma mənim ailə gerbimdən məndən başqa heç kəs istifadə edə bilməz».

Dünya bazarına çıxış

1905-ci ildə iki şirkətin birləşməsi nəticəsində Nestle and Anglo-Swiss Milk Company adlanan şirkət əmələ gəlir. Artıq XX əsrin əvvələrində bu şirkətin ABŞ-da, Britaniyada, Almaniyada və İspaniyada bir sıra fabrikləri var idi. 1907-ci ildə şirkət Avstraliya bazarını işğal etməyə başlayır. Bu istehsalın həcminin iki dəfə çoxaldılmasına səbəb olur.

Asiya bazarlarında şirkətin məhsullarına tələbat surətlə artırdı. Bu səbəbdən Sinqapurda, Honkonqda və Bombeydə şirkətə məxsus anbarlar açılır.

Birinci Dünya müharibəsinin başlanması şirkətin fəaliyyətinə ağır zərbə vurur. Xammal əldə edib hazır məhsulu yaymaq getdikcə çətinləşirdi. Bütün Avropada təzə südün çatışmamazlığı səbəbindən şirkət əhalinin tələbatını ödəmək üçün demək olar bütün ehtiyatlarını satmalı olur.

Müharibə quru və qatılaşdırılmış südə tələbat yaratmışdı. Bu tələbatların öhdəsindən gəlmək üçün Nestle ABŞ-da bir neçə fabrik alır.

Müharibənin sonlarında şirkətin 40 fabriki vardı və 1914-cü illə müqayisədə istehsalatın həcmi iki dəfə artmışdı.

1238018812 nestle 67

Nescafe-nin icadı

Müharibədən sonrakı dövr Nestle şirkəti üçün böhran dövrünə çevrilir.

Artıq hökümət quru və qatılaşdırılmış süd sifariş etmirdi.

Müharibə zamanı bu məhsullara öyrəşmiş əhali müharibədən sonra təzə südə müraciət etməyə üstünlük verirdi.

1921-ci ildə şirkət ilk dəfə olaraq zərər görür. Xammala olan qiymətlərin enməsi, müharibədən sonrakı dövrdə hökm sürən sakitlik, valyuta məzənnəsinin düşməsi vəziyyəti daha da gərginləşdirirdi.

Nestle şirkətinin müdriyyəti mövcud olan vəziyyətə cəld olaraq münasibət bildirir və İsveçrə bankının mütəxəssisini Luis Dallesi dəvət edərək ondan şirkətin yenidən qurulmasına yardım etməsini xahiş edirlər.

Mütəxəssis istehsalın və satışın miqdarını uyğunlaşdıraraq və borcların sayını azaldaraq şirkətin işlərinin qaydasına düşməsini təmin edir.
İyirminci illərdə Nestle şirkəti ilk dəfə olaraq təqdim etdiyi ənənəvi məhsul çeşidlərinin çərçivəsindən çıxa bilir.

Şokoladın istehsalı şirkətin ikinci önəmli fəaliyyət növünə çevrilir. Yeni məhsullar əmələ gəlir: maya ilə süd, həll olunan içki Milo, uşaqlar üçün tozlu ayran və ən əsas 1938-ci ildə Nescafe məhsulları yaradılır. Bu həll olunan toz qəhvənin istifadə olunmasında inqilab edir və surətlə məşhurlaşmağa başlayır.

AAED003264

Qlobal ixtişaşlar

İkinci dünya müharibəsinin başlaması Nestle şirkətinin fəaliyyətinə mənfi təsir göstərir. Şirkətin gəlirləri 20 milyon dollardan (1938-ci il) 6 milyona qədər (1939-cu il) enir. Neytral İsveçrə bütün Avropadan getdikcə daha çox təcrid olunurdu. Müharibə isə Avropanı cənginə almışdı.

Bu səbəblərdən şirkət əməkdaşlarının əksəriyyətini Konnektitut ştatında yerləşən Stamford şəhərinə köçürür.

Nə qədər qəribə səslənsə də, lakin İkinci Dünya müharibəsi Nescafe məhsullarının yayılmasına yardım edirdi.

ABŞ müharibəyə qoşulduqadan sonra Nescafe Avropa və Asiyada xidmət edən əsgərlərin əsas içkisinə çevrilir. 1943-ci ildə məhsulun il ərzində istehsalı milyonlarla qutu təşkil edirdi.

Birinci Dünya müharibəsi zamanında olduğu kimi bu dövrdə də müharibə iqtisadiyyatı şərtlərində istehsalın və satışın həcmi artır. Satışın ümumi həcmi 100 milyon dollardan ( 1938-ci il) 200 milyon dollara (1945-ci il) qədər qalxır.

Müharibənin sonlarında Nestle şirkətinin müdriyyəti təsadüfən dünya qəhvə biznesində və Nestle üçün ənənəvi olan bütün sahələrdə lider olduqlarını aşkarlayır.

nestle

İstehsalın artırılması və çeşidlərin zənginləşdirilməsi

Müharibədən sonrakı dövr Nestle şirkətinin tarixində ən dinamik mərhələ hesab edilir. Bu dövrdə şirkətin inkişaf etməsi istehsal etdiyi məhsul çeşidlərinin zənginləşdirilməsi ilə əlaqələndirilir. Nestle şirkətinə şorbalar və Maggi ədviyyatları istehsal edən Alimentana S.A. şirkəti qoşulur. Şirkətin adı dəyişdirilərək Nestle Alimentana Company adlandırılır. Daha sonra isə Nestle şirkəti 1950–ci ildə konservləşdirilmiş məhsulların Britaniya istehsalçısı olan Crosse & Blackwell, 1963-ci ildə Findus (dondurulmuş məhsulların istehsalçısı ), 1971-ci ildə Libby (meyvə şirələrin istehsalçısı) şirkətlərini əldə edir.

Nescafenin şöhrət qazanması davam edirdi. 1950-ci ildən etibarən 1959-cu ilə qədər həll olunan qəhvənin satışı üç dəfə, 1960-cı ildən etibarən 1974-cü ilə qədər isə dörd dəfə artmışdı. Aşağı temperaturda qurudulma texnologiyasının inkişafı sayəsində 1966-cı ildə yeni həll olunan qəhvə Taster’s Choice yaradılır.

Nəhayət Nestle şirkəti ilk dəfə olaraq qeyri-qida məhsulları istehsal etməyə qərar verir. 1974-cü ildə Nestle şirkəti dünyada kosmetikanın istehsalında lider sayılan L’Oreal şirkətinin nəhəng səhmdarına çevrilir.

Mövqelərin dəyişdirilməsi

1974-cü ildə Nestle şirkətinin mövqelərində bir sıra dəyişikliklər baş vermişdi.

1920-ci ildən etibarən ilk dəfə şirkətin iqtisadi vəziyyəti zəifləməyə başlayır. Bunun səbəbi neft qiymətlərinin qalxması və sənaye ölkələrinin iqtisadi inkişafının zəifləməsində idi. Bundan savayı, İsveçrə frankına nisbətən xarici valyutaların məzənnələri enməyə başlamışdır.

Nəticədə, 1975-ci ildən etibarən 1977-ci ilə qədər qəhvəyə olan qiymətlər dörd dəfə, kakaoya olan qiymətlər isə üç dəfə qalxmışdır. 1921ci ildə olduğu kimi o zamanda da şirkət operativ olaraq yaranmış vəziyyətə münasibət bildirir. İnkişaf edən ölkələrdə satışların yüksəlməsi Nestle üçün ənənəvi olan bazarlarda yaşadığı böhranın nəticələrini yüngülləşdirirdi. Lakin inkişaf edən ölkələrdə siyasi və iqtisadi vəziyyətin qeyri-stabil olduğu üçün Nestle şirkəti üçün bu hal təhlükəli qiymətləndirilirdi.

Balansı qoruyub saxlamaq üçün Nestle şirkəti qida sənayesinə aidiyyatı olmayan Alcon Laboratories, Inc. Şirkətini alır. Bu amerika şirkəti əczaçılıq və oftalmoloji məhsullar istehsal edirdi.

Nestle%201

Nestle bu günki gündə və sabah

90-cı illərin ilk yarısı Nestle şirkəti üçün əlverişli hesab edilirdi. Ticari maneələr ləğv olumuşdu, dünya bazarında isə inteqrasiya prosesləri davam edirdi.

XX əsrdə Nestle təqdim etdiyi məhsul çeşidlərini zənginləşdirmək və öz fəaliyyət coğrafiyasını genişlətmək üçün «Qatılaşdırılmış süd istehsal edən İngilis-İsveçrə şirkəti» ilə birləşməklə başlayır.

Yeni yüzilliyə şirkət 70 ölkədə 500-dən çox fabriki və illik satış həcmi 71 milyard İsveçrə frankı təşkil edən qida sənayesinin lideri kimi daxil olur. 1996-cı ildən etibarən möhkəmləmə işləri şirkətin mineral su istehsal edən San Pelligrino (1997-ci ildə) və ingilis istehsalçısı olan spiller Petfoods (1998-ci ildə) şirkətlərini əldə etməklə, həmçinin Findus şirkətini satmaqla (1999-cu ildə) davam etdirir.

Spiller Petfoods şirkətini alaraq Nestle Avropada ev heyvanları üçün olan qidaların bazarında öz mövqeyisini möhkəmlədir.

Bu bazara Nestle şirkəti hələ 1985-ci ildə Carnation firmasını və Friskies adlı ticarət nişanını əldə edərək çıxmışdı. Carnation şirkətini Nestle 3 milyard dollara almışdı.
Nestle şirkəti bu yaxınlarda ABŞ-da üyüdülmüş qəhvə istehsal edən müəssisələrinin ( Hill Bros, MJB, Chase & Sanborn) bağlanmasına qərar verir. Bu addım şirkətə səylərini yeni Nescafe xəttinə yönəltməyə imkan yaradacaq.

Dəyişən bazar şərtlərində liderlik mövqeyisini saxlamaq şirkətdən fəallıq tələb edir.

Mövcud olan məhsul çeşidləri yenilənir, fəaliyyət coğrafiyası genişləndirilir.

Son xəbərlər
Digər xəbərlər