16 C
Baku
Friday, October 17, 2025

“Nestle” xərcləri azaltmaq üçün 16 min işçini ixtisar edir

“Nestle” 2027-ci ilə qədər 16 000 əməkdaşını ixtisar etməyi planlaşdırır. Bu addım xərcləri azaltmaq və istehsal səmərəliliyini artırmaq məqsədi daşıyır, şirkətin saytında yayılan açıqlamada bildirilir.

“Dünya dəyişir və “Nestle” daha da sürətlə dəyişməlidir. Bu, növbəti iki il ərzində kadr sayının azaldılması ilə bağlı çətin, lakin zəruri qərarların qəbulunu nəzərdə tutur”, – deyə şirkətin baş direktoru Filip Navratil bildirib.

Navratilin sözlərinə görə, bu qərar şirkətə hər il təxminən 1 milyard İsveçrə frankı (1,2 milyard dollar) qənaət etməyə imkan verəcək. Daha sonra istehsal və təchizat səmərəliliyini artırmaq üçün əlavə 4000 nəfər işçi azaldılacaq.

“Nestle” — 1866-cı ildə yaradılmış İsveçrə mənşəli qida məhsulları istehsalçısıdır. Şirkət “KitKat”, “Maggi”, “Nesquik” və “Nestea” kimi brendlərlə tanınır.

Xatırladaq ki, Navratil şirkətin baş direktoru vəzifəsinə Laurent Freyssenin iş yerində romantik münasibətlər səbəbindən istefasından sonra təyin olunub. Bu hadisənin fonunda “Nestle” səhmləri 1,9% ucuzlaşıb.

Son xəbərlər
Digər xəbərlər