Uşaq yeməkləri istehsal edən “Nestle” şirkəti bəzi uşaq yeməklərini geri çağırıb.
Məhsullarda qida zəhərlənməsi riski olan toksin təhlükəsi aşkarlandığı üçün bir çox uşaq yeməkləri geri çağırılıb.
İrlandiya Qida Standartları Agentliyi (FSAI) açıqlamasında təsirlənmiş partiyalarda serulid toksini ola biləcəyi ehtimal olunur. Bu toksin isə uşaqlarda ürəkbulanma və şiddətli qusmaya səbəb ola bilir.
“Sereulid toksini qidada əvvəlcədən əmələ gələ bilər və son dərəcə istiyə davamlıdır. Sereulid toksini olan qidaların istehlakı simptomlara, o cümlədən ürəkbulanma və şiddətli qusmaya səbəb ola bilər. Simptomlar adətən beş saat ərzində özünü göstərir və xəstəliyin müddəti altı ilə 24 saat arasında dəyişir.”
Agentlik valideynlər, qəyyumlar və baxıcılara geri çağırılan məhsulları körpələrə və ya azyaşlı uşaqlara verməməyi tövsiyə edib.
“Nestle” şirkəti isə müştərilərdən üzr istəsə də, indiyə qədər hər hansı bir əlaqəli xəstəlik barədə təsdiqlənmiş məlumat olmadığını açıqlayıb. Problemin təchizat problemi ilə bağlı olduğu bildirilib.
Geri çağırılan uşaq qidaları bunlardır:
SMA Advanced First Infant Milk
SMA Advanced Follow-On Milk
SMA Anti Reflux
SMA Alfamino
SMA First Infant Milk
SMA Little Steps First Infant Milk
SMA Comfort
SMA Laktozasız





