19 C
Baku
Sunday, May 19, 2024

Netanyahu Ərdoğana zəng edib

İsrailin yeni Baş naziri Benyamin Netanyahu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, Netanyahu Prezident Ərdoğana İstanbulda baş verən terror aktı ilə bağlı başsağlığı verib.

Benyamin Netanyahu Türkiyənin Rusiya və Ukrayna arasında vasitəçilik səylərinin dünya üçün əhəmiyyətli olduğunu da vurğulayıb.

Türkiyə-İsrail münasibətlərində hər iki tərəfin güclü iradəsi sayəsində yeni bir dövrə qədəm qoyulduğunu deyən Prezident Ərdoğan, qarşılıqlı maraqlar əsasında həssaslıqlara hörmətlə yanaşaraq münasibətlərin davam etdirilməsinin və güclənməsinin ortaq maraqlara xidmət etdiyini bildirib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər