“Times of Israel” nəşrinin Baş nazirin ofisindən əldə etdiyi məlumata görə, Benyamin Netanyahu mayın 7-də Azərbaycana səfər edəcək. O, demək olar ki, həmişə rəsmi səfərlərində olduğu kimi, yəhudi şənbəsini xaricdə keçirdikdən sonra mayın 11-də İsrailə qayıdacaq.
Mayın 8-də Netanyahu prezident İlham Əliyev və yəhudi icmasının üzvləri ilə görüşəcək.
Məlumatda qeyd edilib ki, Azərbaycan Haaqa Beynəlxalq Cinayət Məhkəməsinin üzvü deyil və bu səbəbdən Netanyahunun həbs olunacağı təhlükəsi də yoxdur.