İsrailin Baş naziri Binyamin Netanyahu çərşənbə günü ABŞ prezidenti Cozef Baydenlə sülh razılaşmalarının inkişafını, İran təhlükəsini, regional çağırışları, həmçinin koronavirusun yayılması ilə mübarizəni müzakirə edib.
Bu barədə İsrailin baş nazirinin dəftərxanası bildirib.
“Netanyahu bu axşam (çərşənbə-red, 17 fevral – red) ABŞ prezidenti Co Baydenlə telefonla danışıb. Söhbət çox isti və dostluq şəraitində keçib və 1 saat yaxın davam edib”, – xəbərdə deyilir.
“Bayden və Netanyahu sülh razılaşmalarının gələcək inkişafını, İran təhlükəsini, regional çağırışları müzakirə ediblər, dialoqu davam etdirməyi və İsraillə ABŞ-ın arasında möhkəm ittifaqın gücləndirilməsini davam etdirmək üçün birlikdə işləməyi razılaşdırdılar”, – dəftərxanada əlavə ediblər.
ABŞ prezidenti və İsrailin baş naziri həmçinin koronavirusdan vaksinasiyanı və pandemiya ilə mübarizəni də müzakirə ediblər.
“The Times of Israel” qəzeti qeyd edib ki, bu, Baydenin ABŞ prezidentinin vəzifəsinin icrasına başladığı andan İsrailin baş naziri ilə birinci danışığı idi.