17 C
Baku
Friday, October 18, 2024

Netanyahu bu həftə Trampla görüşəcək

İsrailin Baş naziri Benyamin Netanyahu iyulun 23-də ABŞ-yə səfər edəcək və burada ölkə prezidenti Co Baydenlə görüşəcək. “Politico” qəzeti mənbələrə istinadən yazır ki, cənab Netanyahu həmçinin Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampla şəxsi görüş keçirməyi planlaşdırır.

Qəzetin mənbələrinin məlumatına görə, Benyamin Netanyahu və Donald Trampın komandaları son günlər şəxsi görüşün mümkünlüyünü müzakirə ediblər. Çox güman ki, görüş bu həftə Floridada baş tutacaq. Qeyd olunur ki, cənab Tramp hələ görüşə razılıq verməyib, lakin rədd də etməyib.

“Politico” yazır ki, əgər görüş baş tutsa, bu, cənab Netanyahuya İordan çayının qərb sahilində və Qəzza zolağında, eləcə də Hizbullaha qarşı şimal sərhədində apardığı siyasətə dəstək qazanmağa kömək edə bilər.

İsrail Baş nazirinin ofisinin müşaviri Dmitri Gendelmanın verdiyi məlumata görə, görüş planlaşdırılır, lakin onun baş tutacağına dair hələlik heç bir təsdiq yoxdur. Cənab Netanyahu dünən, iyulun 22-də ABŞ-yə uçub. Onun iyulun 24-də ABŞ Konqresinin hər iki palatasının birgə iclasında çıxış edəcəyi gözlənilir.

Son xəbərlər
Digər xəbərlər