27 C
Baku
Friday, June 20, 2025

Netanyahu: İrandakı rejimin süqutu məqsəd deyil, lakin nəticə ola bilər

İsrailin Baş naziri Benyamin Netanyahu deyib ki, İran rəhbərliyində dəyişiklik İsrailin hərbi əməliyyatının məqsədi deyil, lakin nəticəsi ola bilər.

“Rejimin dəyişdirilməsi və ya süqutu məsələsi ilk növbədə İran xalqının işidir. Bunun alternativi yoxdur. Bu, nəticə ola bilər, lakin bəyan edilmiş və ya rəsmi məqsəd deyil”, – Netanyahu söyləyib.

Baş nazirin sözlərinə görə, ABŞ prezidenti Donald Trampın münaqişəyə qoşulub-qoşulmamasından asılı olmayaraq, İsrailin İranın bütün nüvə obyektlərini ləğv etmək hüququ var.

İyunun 13-də İsrail İranın ən böyük nüvə və müdafiə obyektlərinə zərbələr endirərək “Aslan milləti” əməliyyatına başlayıb. “ABC News” yazır ki, bir-iki gün ərzində ABŞ münaqişəyə qoşula bilər.

Son xəbərlər
Digər xəbərlər