10 C
Baku
Friday, December 13, 2024

Netanyahu İranın hərbi zavoduna endirilən zərbə ilə bağlı açıqlama verib

İsrailin Baş naziri Benyamin Netanyahu İranın mərkəzi şəhəri olan İsfahanda hərbi zavoda endirilən zərbə ilə bağlı açıqlama verib.

Bu barədə israilli siyasətçi “CNN”ə danışıb.

Onun sözlərinə görə, İsrail İrandakı “müəyyən silah hazırlanmalarına qarşı tədbirlər görür”. Lakin Baş nazir İsfahandakı zavoda hücumun arxasında İsrailin dayanıb-dayanmamasını nə təsdiqləyib, nə də təkzib edib:

“Mən heç vaxt konkret əməliyyatlar barədə danışmıram… və hər dəfə Yaxın Şərqdə bir partlayış olanda İsraili ittiham edir və ya üzərinə məsuliyyət qoyurlar – bəzən bizik, bəzən yox”.

Xatırladaq ki, yanvarın 29-da səhər saatlarında İran Müdafiə Nazirliyi ölkənin mərkəzində yerləşən İsfahan şəhərindəki hərbi zavoda “uğursuz” dron hücumunun olduğunu açıqlayıb. Bununla belə, sosial şəbəkədə yayılan görüntülərdə ölkənin müxtəlif şəhərlərində analoji hücumların olduğu ortaya çıxıb. Qeyri-rəsmi məlumata əsasən, hədəflərin mütləq əksəriyyəti Tehran hökumətinin dron istehsalı ilə əlaqəli olan sənaye obyektləri olub. Qeyd edək ki, hadisələr İsrailin Baş naziri Benyamin Netanyahunun Qüdsdəki terror hücumlarına dərhal cavab veriləcəyini bəyan etməsindən bir gün keçməmiş baş verib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər