İsrail həmişə bütün rəqiblərinə sərt cavab verəcək və onlar yəhudi dövlətinə qarşı aqressiv hərəkətlərinə görə ağır əvəz ödəyəcək.
Bunu İsrailin baş naziri Benyamin Netanyahu hərbi-siyasi kabinetin əsas nazirlərin iştirakı ilə cümə günü gecə başa çatan iclasının yekunlarına əsasən deyib.
Görüş zamanı İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti HƏMAS radikal təşkilatının Qəzza zolağındakı obyektlərinə hücum edildiyini açıqlayıb.