16 C
Baku
Friday, September 26, 2025

Netanyahu: İsrail Fələstin dövlətinin yaradılması ideyasını tamamilə rədd edir

İsrailin Baş naziri Benyamin Netanyahu bəyan edib ki, əgər HƏMAS İsrail tərəfinin bütün tələblərini yerinə yetirsə, yəni silahı yerə qoysa və bütün girovları qaytarsa, Qəzza zolağında müharibə dərhal dayana bilər.

Netanyahu bunu BMT Baş Assambleyasında çıxışı zamanı deyib.

“Əgər HƏMAS bizim tələblərimizlə razılaşsa, müharibə elə indi bitər. Qəzza silahsızlaşdırılacaq, İsrail isə təhlükəsizliyə ümumi nəzarəti saxlayacaq. Qəzzada mülki hakimiyyət yaradılacaq”, – o bildirib.

B.Netanyahu həmçinin bəyan edib ki, İsrail ayrıca Fələstin dövlətinin yaradılması ideyasını tamamilə rədd edir.

“Bu, sentyabrın 11-dən sonra Nyu-Yorkdan bir mil məsafədə “Əl-Qaidə”yə dövlət yaratmağa icazə verməyə bərabərdir”, – o qeyd edib.

İsrailin Baş naziri Livanla sülhün mümkünlüyünə hələ də inandığını bildirib və Beyrutu onun ölkəsi ilə danışıqlara başlamağa çağırıb.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər