İsrail İordan çayının qərbindəki ərazilər üzərində tam təhlükəsizlik nəzarətindən əl çəkməyəcək.
Bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Mən İsrailin İordan çayinın qərbindəki bütün ərazilərə tam təhlükəsizlik nəzarəti ilə bağlı güzəştə getməyəcəyəm ki, bu, Fələstin dövlətinə ziddir”, – deyə o, sosial şəbəkə hesabında bildirib.